Dünya

"ChatGPT"nin işində nasazlıq yaranıb

20 Apr 2026, 19:54 1 baxış
"ChatGPT"nin işində nasazlıq yaranıb
"OpenAI" şirkətinin çatbotu "ChatGPT"nin işində nasazlıqlar yaranıb. Oxu.Az bu barədə Downdetector.ru saytına istinadən xəbər verir. Qeyd olunur ki, mindən çox istifadəçi çatbotla bağlı problemlər barədə məlumat verib. İnsanlar şəxsi hesablarına daxil olmaqda problemlərdən, veb saytların sıradan çıxmasından və "ChatGPT"nin sorğulara cavab verməsinin uzun müddət çəkməsindən şikayətləniblər. Ən çox şikayət Niderlanddan (6%), ABŞ-dən (5%) və Almaniyadan (4%) daxil olub. Qeyd edək ki, "ChatGPT"də sonuncu dəfə nasazlıqlar 2025-ci ilin dekabrında baş verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər