Dünya
BƏƏ-nin təhlükəsizlik xidməti İranla əlaqəli terror qruplaşmasını zərərsizləşdirdi
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dövlət Təhlükəsizliyi Xidməti ölkədə milli birliyin və sabitliyinin pozulmasına yönəlmiş fəaliyyətdə təqsirləndirilən İranla əlaqəli terror təşkilatının ifşa edildiyini açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə WAM agentliyi məlumat yayıb. "BƏƏ ərazisində terror aktları və təxribatlar planlaşdıran 27 nəfərin adları və fotolarını dərc edilib, onların hamısı həbs olunublar. İstintaq göstərir ki, təşkilat üzvləri daxili təhlükəsizliyi təhdid edən ekstremist terror ideologiyalarına xidmət ediblər, həmçinin öz ətraflarına tərəfdarlar cəlb etməyə çalışıblar", - deyə xəbərdə bildirilib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər