İdman
"Qalatasaray"dan Noa Lanq ilə bağlı sürpriz qərar
"Qalatasaray" qış transfer pəncərəsində İtaliyanın "Napoli" komandasından icarə əsasında heyətinə qatdığı Noa Lanqın gələcəyi ilə bağlı gözlənilməz qərar qəbul edib. Oxu.Az xəbər verir ki, İstanbul təmsilçisi mövsüm başa çatdıqdan sonra 26 yaşlı niderlandlı futbolçunun müqaviləsindəki satınalma hüququndan yararlanmaq niyyətində deyil. Yaranmış mövcud vəziyyətdə oyunçu yay aylarında yenidən "Napoli"nin düşərgəsinə qayıtmalı olacaq. Xatırladaq ki, cari mövsümdə "sarı-qırmızılar"ın forması ilə ümumilikdə 14 qarşılaşmada yaşıl meydanda mübarizə aparan Noa Lanq aktivinə iki qol və iki məhsuldar ötürmə yazdırıb.
Mənbə
oxu.az