Dünya

Almaniya avtomobil zavodlarını silah fabrikinə çevirir - 1 trilyon avroluq plan

20 Apr 2026, 16:48 1 baxış
Almaniya avtomobil zavodlarını silah fabrikinə çevirir - 1 trilyon avroluq plan
Almaniya uzun müddət Avropanın ən güclü iqtisadiyyatı hesab edilirdi. Lakin yanacaq defisiti və istehsal həcminin aşağı düşməsi səbəbindən iqtisadi tənəzzülün qaçılmaz olduğu vurğulanır. Ölkə rəhbərliyi yaranmış iqtisadi problemlərdən çıxış yolunu müəyyənləşdirib. Belə ki, Berlin dövləti böyük bir hərbi sənaye mərkəzinə çevirmək niyyətindədir. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. "Berlin Avropa qitəsinin əsas hərbi sənaye mərkəzinə çevrilmək istəyir. Dünyadakı iqtisadi qeyri-sabitlik, geosiyasi təhlükələr və Çin tərəfindən güclənən rəqabət avtomobil istehsalı sektorunu ciddi tənəzzülə uğradıb. Mühərrik hissələrindən təhlükəsizlik yastıqlarına kimi müxtəlif detallar istehsal edən qlobal avtomobil komponentləri tədarükçüsü indi öz fəaliyyətini sürətlə müdafiə sahəsinə yönəldir",-deyə xəbərdə qeyd olunur. Avropa İttifaqı və Almaniyada qəbul edilən yeni qanunvericilik aktları hərbi sənaye müəssisələrinin maliyyə resurslarına çıxış imkanlarını genişləndirib. İrihəcmli dövlət sifarişləri və yeni maliyyələşmə proqramları sayəsində müdafiə sektoruna təqribən 1 trilyon avro (təqribən 1.2 trilyon dollar) məbləğində investisiya cəlb edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər