İdman
Finala gedən yol: "Sabah" - "Qarabağ" və "Zirə" - "Turan Tovuz" görüşlərinin hakimləri açıqlandı
"Sabah" və "Qarabağ" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununun baş hakimi Rəvan Həmzəzadə olacaq. Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. "Zirə" - "Turan Tovuz" görüşünü isə Əli Əliyev idarə edəcək. Azərbaycan Kuboku Yarımfinal, cavab oyunları 21 aprel 19:00. "Zirə" - "Turan Tovuz" Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov. VAR: Rauf Cabarov. AVAR: Elşad Abdullayev. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Seymur Səlimli. Zirə İdman Kompleksinin stadionu İlk oyun - 2:0 22 aprel 20:00. "Sabah" - "Qarabağ" Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu. VAR: Kamranbəy Rəhimov. AVAR: Rəhman İmami. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Eldəniz Musayev. "Bank Respublika Arena" İlk oyun - 2:2
Mənbə
oxu.az