Digər

Xalq şairi haqqında elmi tədqiqat əsəri nəşr edildi

20 Apr 2026, 15:23 1 baxış
Xalq şairi haqqında elmi tədqiqat əsəri nəşr edildi

Türkiyənin Qazi Universitetindəki Azərbaycan Türkcəsi Tədris Ocağının rəhbəri, jurnalist Şəhla Aslanın “Dil, kimlik, vətən” adlı yeni elmi tədqiqat əsəri nəşr edilib.


Kult.az xəbər verir ki, kitabda görkəmli ictimai-siyasi xadim, xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığındakı milli varlıq konsepsiyası elmi-nəzəri müstəvidə araşdırılıb.


Sabir Rüstəmxanlının poeziyası, publisistikası və ictimai düşüncələri əsasında ana dilinin milli kimlik, tarixi yaddaş və dövlətçilik şüuru ilə bağlılığı sistemli şəkildə təhlil olunan kitabda dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də millətin mənəvi bütövlüyünü qoruyan, milli özünüdərkin əsas sütunlarından biri olduğu vurğulanıb.


Kitabın ön sözünün müəllifi akademik Nizami Cəfərovdur.


“Dil, kimlik, vətən” müəllifin sayca dördüncü kitabıdır.


Kitab xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə hazırlanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər