Digər

ABŞ bazalarını İrandan qoruyacağıq - NATO

19 Aug 2026, 16:43 2 baxış
ABŞ bazalarını İrandan qoruyacağıq - NATO

NATO İranın Avropadakı ABŞ bazalarına mümkün hücumları ilə bağlı təhdidlərə qarşı bütün müttəfiqlərini müdafiə etməyə hazır olduğunu bildirib.


Axar.az xəbər verir ki, bu barədə Pakistanın “Daun” qəzeti NATO rəsmisinə istinadla məlumat yayıb.


“Alyans istənilən təhlükəyə qarşı lazımi tədbirləri görəcək. Bu ilin əvvəlində NATO hava hücumundan müdafiə sistemlərinin İrandan Türkiyəyə doğru atılan ballistik raketləri ələ keçirməsi də göstərdi ki, bizim çəkindirmə və müdafiə mövqeyimiz güclü və effektivdir”, - rəsmi bildirib.


Qeyd edək ki, İranın ABŞ-ın hücumlarına cavab olaraq, Avropadakı hərbi obyektlərinə zərbələr endirməyi nəzərdən keçirdiyi ilə bağlı məlumat yayılmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər