İdman

Azərbaycan güləşçiləri Antalyadakı "Çempionlar" turnirində 13 medal qazanıblar

20 Apr 2026, 14:06 1 baxış
Azərbaycan güləşçiləri Antalyadakı "Çempionlar" turnirində 13 medal qazanıblar
Türkiyənin Antalya şəhərində keçirilən "Çempionlar" turniri başa çatıb. Oxu.Az xəbər verir ki, turnirin son günündə Azərbaycanın dörd güləşçisi fəxri kürsüyə qalxıb. Sərbəst güləşdə Bəşir Verdiyevlə (65 kiloqram) Yusif Dursunov (125 kiloqram) gümüş, Muxamad Qantemirov (125 kiloqram) bürünc medal qazanıblar. Yunan-Roma güləşində isə Tural Əhmədov (63 kiloqram) bütün rəqiblərinə qalib gələrək çempion olub. Sərbəst güləş üzrə millimiz turniri 119 xalla komanda hesabında 3-cü pillədə başa vurub. Beləliklə, "Çempionlar" turnirində güləşçilərimiz ümumilikdə 13 (3 qızıl, 4 gümüş, 6 bürünc) medal əldə ediblər.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər