Dünya

Meksikada ABŞ səfirliyinin iki əməkdaşı həlak olub - FOTO

20 Apr 2026, 14:38 1 baxış
Meksikada ABŞ səfirliyinin iki əməkdaşı həlak olub - FOTO
ABŞ-nin Meksikadakı səfirliyinin iki əməkdaşı bədbəxt hadisə nəticəsində həyatını itirib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin həmin ölkədəki səfiri Ronald Conson "X" sosial şəbəkəsində məlumat yayıb. "Bu qəzada iki ABŞ səfirliyinin əməkdaşının, Çivaua ştatının Dövlət Təhqiqat Agentliyinin (AEI) direktorunun və bir AEI əməkdaşının faciəli şəkildə həlak olmasından təəssüf hissi keçiririk. Onların dövrümüzün ən böyük problemlərindən birini həll etmək üçün göstərdikləri fədakarlığı və yorulmaz səylərini qiymətləndiririk", - deyə açıqlamada qeyd olunub. "Fox News" telekanalının məlumatına görə, hadisə bazar günü ABŞ səfirliyinin işçiləri və onların meksikalı həmkarları Morelos ştatında gizli narkolaboratoriyaların məhv edilməsi üzrə genişmiqyaslı əməliyyatdan qayıdarkən baş verib. Məsələ ilə bağlı başqa təfərrüat verilməyib.
Meksikada ABŞ səfirliyinin iki əməkdaşı həlak olub - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər