Digər

Moskvada KTMT iclası keçirilir – Ermənistan yoxdur

20 Apr 2026, 13:57 1 baxış
Moskvada KTMT iclası keçirilir – Ermənistan yoxdur

Moskvada KTMT Parlament Assambleyası Şurasının iclası keçirilir.


Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.


Məlumata görə, tədbir Assambleyaya rəhbərlik edən Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin sədrliyi ilə keçirilir.


Görüşdə Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan parlament nümayəndə heyəti iştirak edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iclasda hesabatla çıxış edəcək.


Ermənistan tədbirə yenə qatılmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər