Digər

Rusiya əsas kəşfiyyat dronunu nümayiş etdirdi

20 Apr 2026, 13:32 1 baxış
Rusiya əsas kəşfiyyat dronunu nümayiş etdirdi

Rusiyanın əsas kəşfiyyat PUA-sı beynəlxalq sərgidə təqdim olunub.


Axar.az xəbər verir ki, bu barədə TASS agentliyi istehsalçı Xüsusi Texnoloji Mərkəzə istinadən məlumat yayıb.


Məlumata görə, “Orlan-10” pilotsuz uçuş aparatı 20–23 aprel tarixlərində Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən “Defence Services Asia” 2026 beynəlxalq silah və hərbi texnika sərgisində təqdim olunur.


Bildirilib ki, bu dron ilk dəfə olaraq gövdəsində qartalın təsviri ilə nümayiş etdirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər