Dünya
"İlin ən yaxşı xəbər kanalı" - "Haber Global" iki mükafat qazandı
Türkiyənin "Haber Global" xəbər kanalı İstanbul Aydın Universitetinin 18-ci "Kommunikasiya Mükafatları" mərasimində iki mükafat qazanıb. Bu barədə Oxu.Az adıçəkilən TV-yə istinadən xəbər verir. Məlumata görə, tələbələrin səsverməsi nəticəsində "Haber Global" "İlin ən yaxşı xəbər kanalı" seçilib. Həmçinin kanalın kəşfiyyat xəbərləri şöbəsinin rəhbəri Mücahit Topçu "İlin ən yaxşı müharibə müxbiri" mükafatına layiq görülüb.
Mənbə
oxu.az