Digər

Gəmisi ələ keçirilən İran hücum etdi

20 Apr 2026, 12:29 1 baxış
Gəmisi ələ keçirilən İran hücum etdi

İran Silahlı Qüvvələri İslam Respublikasına məxsus bir gəminin ələ keçirilməsinə cavab olaraq Amerika hərbi gəmilərinə qarşı dron hücumları həyata keçirdiyini açıqlayıb.


Axar.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsinə istinadən məlumat yayıb.


Bildirilib ki, ələ keçirilən gəmi Çindən Oman körfəzinə doğru hərəkət edirmiş və atəşə tutularaq, naviqasiya sistemi sıradan çıxarılıb.


Buna cavab olaraq İran Silahlı Qüvvələri pilotsuz uçuş aparatları vasitəsilə ABŞ hərbi gəmilərinə zərbələr endirib.


Qərargah nümayəndəsi vurğulayıb ki, İran ABŞ-ın bu “pirat fəaliyyətinə” qarşı cavab tədbirlərini davam etdirəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər