Digər

Danışıqlarda iştirak üçün qərar verməmişik - Bəqai

20 Apr 2026, 12:38 1 baxış
Danışıqlarda iştirak üçün qərar verməmişik - Bəqai

Növbəti danışıqlar mərhələsi üçün heç bir planımız yoxdur.


Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.


“Hazırda danışıqların növbəti mərhələsində iştirakımızla bağlı qərar verməmişik”, - o bildirib.


Qeyd edək ki, 8 apreldə tərəflər arasında əldə edilən iki həftəlik atəşkəs razılaşmasından sonra İslamabadda 11 apreldə danışıqlar keçirilmiş, lakin nəticəsiz başa çatmışdı. Növbəti danışıqların 21 apreldə baş tutacağı gözlənilirdi, amma İranın danışıqlardan imtina etdiyi barədə xəbərlər yayılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər