Dünya
İran ABŞ ilə danışıqların ikinci raundunda iştiraka razılaşdı
İran ABŞ ilə İslamabadda danışıqların ikinci turunda iştirak etməyə razılaşıb. Oxu.Az xəbər verir ki, bu barədə Paskistan rəsmilərinə istinadən "Anadolu" agentliyi məlumat yayıb. Bildirilib ki, Hörmüz boğazında baş verən son gərginliklərə rəğmən İran nümayəndə heyəti Birləşmiş Ştatlarla təşkil olunacaq danışıqların növbəti mərhələsinə qatılacaq. Xatırladaq ki, ötən gün IRNA agentliyi İranın ABŞ ilə İslamabadda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunda iştirakdan imtina etdiyi barədə məlumat paylaşmışdı. Agentlik imtinanın səbəbi kimi Vaşinqtonun şişirdilmiş tələblərini, qeyri-real gözləntilərini, danışıqlar mövqeyinin daim dəyişməsini, ziddiyyətləri və İranın dəniz blokadasının davam etməsini göstərib.
Mənbə
oxu.az