İdman

Avropa çempionatına start verilir: Güləşçilərimiz xalça üzərinə çıxır

20 Apr 2026, 11:52 1 baxış
Avropa çempionatına start verilir: Güləşçilərimiz xalça üzərinə çıxır
Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatına start veriləcək. Oxu.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanı yunan-Roma üsulu ilə güləşən beş idmançı təmsil edəcək. Çempionatın açılış günündə Rəşad Məmmədov (55 kiloqram), Ziya Babaşov (63 kiloqram), Sənan Süleymanov (77 kiloqram), İslam Abbasov (87 kiloqram) və Beka Kandelaki (130 kiloqram) xalça üzərinə çıxaraq qələbə uğrunda mübarizə aparacaqlar. Xatırladaq ki, aprelin 26-dək davam edəcək bu Avropa çempionatında Azərbaycan ümumilikdə 25 pəhləvanla iştirak edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər