Digər

Rusiyanın iki desant gəmisi məhv edildi - Video

20 Apr 2026, 10:58 1 baxış
Rusiyanın iki desant gəmisi məhv edildi - Video

Ukrayna ordusu aprelin 19-da Krımda Rusiya Qara dəniz donanmasına məxsus desant gəmilərinə zərbələr endirib.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.


“Aprelin 19-da Ukrayna Baş Kəşfiyyat İdarəsinin "Kabuslar" xüsusi təyinatlı dəstəsi Krımda Rusiyanın “Yamal” və “Nikolay Filçenkov” adlı iki böyük desant gəmisinə hücum edib. Nəticədə hər iki gəmi sıradan çıxarılıb”, - məlumatda qeyd olunub.


Zərbələr zamanı hər iki gəmi Sevastopol buxtasında olub.


Gəmilərin qiymətinin ümumilikdə 150 milyon dollar olduğu bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər