Dünya

İran ABŞ-dən sanksiyalar və dondurulmuş aktivlərlərlə bağlı nə tələb edib?

20 Apr 2026, 10:28 1 baxış
İran ABŞ-dən sanksiyalar və dondurulmuş aktivlərlərlə bağlı nə tələb edib?
İran hakimiyyəti ABŞ-dən ona qarşı mövcud sanksiyaları əhəmiyyətli dərəcədə yumşaltmağı xahiş edir. Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı Vaşinqton və Tehran arasındakı danışıqlar prosesindən məlumatlı olan mənbəyə istinadən informasiya yayıb. Qeyd olunur ki, bundan əlavə, İran 20 milyard dollar məbləğində aktivlərinin dondurulmasının ləğvini istəyir. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib. Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər