İdman

Kloppun gələcək hədəfi məlum oldu: "Real Madrid", yoxsa Almaniya millisi?

20 Apr 2026, 10:44 1 baxış
Kloppun gələcək hədəfi məlum oldu: "Real Madrid", yoxsa Almaniya millisi?
Hazırda "Red Bull" şirkətinin futbol üzrə idman məsləhətçisi vəzifəsini icra edən Yurgen Klopp yenidən məşqçilik karyerasına qayıtmaq üçün tələsmir. Oxu.Az İspaniyanın "AS" nəşrinə istinadən xəbər verir ki, bir müddət əvvəl mətbuatda "Real Madrid" rəhbərliyinin almaniyalı mütəxəssisi komandanın yeni baş məşqçisi postunda görmək istədiyi barədə xəbərlər dolaşırdı. Lakin mənbənin məlumatına əsasən, Klopp indiki vəzifəsindən tamamilə razıdır və özünü kifayət qədər rahat hiss edir. Təcrübəli mütəxəssisin gələcək üçün qurduğu planlarda isə Almaniya milli komandasına rəhbərlik etmək istəyi yer alır. Qeyd edək ki, alman məşqçinin sonuncu iş yeri 2015-ci ildən 2024-cü ilə qədər çalışdığı İngiltərənin "Liverpul" klubu olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər