Dünya

Hörmüz müəmması: İran gəmilərə yeni qaydalar tətbiq edir? - VİDEO

20 Apr 2026, 11:00 1 baxış
Hörmüz müəmması: İran gəmilərə yeni qaydalar tətbiq edir? - VİDEO
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı vasitəsilə gəmilərin təhlükəsiz hərəkəti üçün müəyyənləşdirdiyi yollardan biri də Lark adasının yaxınlığındadır. Oxu.Az xəbər verir ki, "İzvestiya" nəşri aprel ayının 20-də sözügedən ərazidəki mövcud durumu əks etdirən kadrları yayımlayıb.
"Hazırda həmin marşrutda gəmilərin fəaliyyəti dayanmayıb. Lark və Qeşm adaları arasından keçən xüsusi su yolu ayrılıb. Hörmüz boğazını keçməyi planlaşdıranlar üçün bu dəhlizdən istifadə mütləqdir", - deyə nəşrin müxbiri Nasir Aşkeri qeyd edib. Hazırkı vəziyyətdə İran boğaza tam şəkildə nəzarət edərək regionda təhlükəsizliyə zəmanət verir. Bununla belə, su dəhlizi ilə hərəkət edən gəmilər SEPAH-ın müəyyənləşdirdiyi qaydalara əməl etməli və öz hərəkət cədvəllərini qurumla razılaşdırmalıdırlar. Qaydalara tabe olmayan gəmilər isə məcburi şəkildə saxlanılır. Təhlükəsizlik xidmətinin nümayəndəsi jurnalistlə söhbətində bildirib ki, Lark adasında xarici bir neft tankeri var. Bu gəmi SEPAH-ın xəbərdarlığına məhəl qoymayaraq İranın dövlət suverenliyini pozmaqla Hörmüz boğazını keçməyə çalışdığı üçün atəşə tutularaq dayandırılıb. Daha öncə ABŞ tərəfindən bəyan edilən dəniz blokadasının Hörmüzdə heç bir izi müşahidə edilmir. İran gəmiləri boğaz ərazisindən maneəsiz şəkildə keçərək beynəlxalq sulara doğru istiqamət alırlar. Xəbərə görə, son vaxtlar diqqət mərkəzində olan və ən çox müzakirə edilən mövzulardan biri də məhz Lark ilə Qeşm adaları arasında yerləşən 37 kilometrlik əsas dəniz dəhlizidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər