Dünya
Floridada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb: Pilot həlak olub - VİDEO
ABŞ-nin Florida ştatındakı Tampa şəhəri yaxınlığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot həyatını itirib. Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yaydı.
Məlumata əsasən, aprelin 19-da yerli vaxtla səhər tezdən havaya qalxan "Cessna" markalı hava gəmisi təxminən saat 08:35-də (Bakı vaxtı ilə saat 16:35) hələlik məlum olmayan səbəblərdən yerə çırpılıb. Təyyarənin yaşayış evinin arxa həyətinə düşməsi nəticəsində yanğın başlayıb, binanın özünə isə cüzi ziyan dəyib. Hazırda ABŞ-nin Federal Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası hadisə ilə bağlı təhqiqat aparır. Araşdırmanın nəticələrinə dair hesabatın 30 gün ərzində dərc olunacağı gözlənilir.

Mənbə
oxu.az