Mədəniyyət

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

20 Apr 2026, 09:24 1 baxış
Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA
Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik. Oxu.Az xəbər verir ki, aprelin 20-dən 26-dək paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında: Aprelin 23-də saat 19:00-da İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşası planlaşdırılıb. Quruluşçu rejissor Xalq artisti Mərahim Fərzəlibəyovdur. Biletlərin qiyməti 8-15 manatdır.
Aprelin 24-də saat 19:00-da Əli Əmirlinin "Varlı qadın" tamaşası nümayiş etdiriləcək. Quruluşçu rejissor Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Biletlərin qiyməti 10-25 manatdır.
Aprelin 25-də saat 19:00-da Cavid Zeynallının "Şükriyyə" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Biletlərin qiyməti 10-20 manatdır.
Aprelin 26-da saat 19:00-da Şıxəli Qurbanovun "Sənsiz" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir. Biletlərin qiyməti 10-20 manatdır.
Milli Gənc Tamaşaçılar Teatrında: Aprelin 25-də saat 19:00-da Cəfər Cabbarlının "Solğun Çiçəklər" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Səbinə Məmmədzadədir. Biletlərin qiyməti 10 manatdır.
Aprelin 26-da saat 19:00-da İlqar Fəhminin "Şah Abbas Namə" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımovdur. Biletlərin qiyməti 10-15 manatdır.
Aprelin 26-da saat 19:00-da A.P.Çexovun "6 №-li palata" əsəri əsasında hazırlanan "Palata" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Zaur Əliyevdir. Biletlərin qiyməti 8-15 manatdır.
Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında): Aprelin 25-də saat 19:00-da Anton Pavloviç Çexovun məşhur "Albalı bağı" əsəri əsasında hazırlanan "Birinci Akt" tamaşası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğludur. Biletlərin qiyməti 5-15 manatdır.
Aprelin 26-da saat 19:00-da dramaturq Toyğun Orbayın "21:15 qatarı" tamaşası nümayiş etdiriləcək. Quruluşçu rejissor Mikayıl Mikayılovdur. Biletlərin qiyməti 5-15 manatdır.
Heydər Əliyev Sarayı: Aprelin 21-də saat 19:00-da "Qu gölü" baleti oynanılacaq. Biletlərin qiyməti 20-50 manatdır.
Aprelin 24-də saat 20:00-da Gülay Zeynallının konserti olacaq. Biletlərin qiyməti 25-200 manatdır.
Aprelin 24-də saat 20:00-da Yaşarın konserti olacaq. Biletlərin qiyməti 39-199 manatdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər