İdman

PSJ-nin oyunlarına saxta biletlər satan qruplaşma ifşa edilib

20 Apr 2026, 04:46 1 baxış
PSJ-nin oyunlarına saxta biletlər satan qruplaşma ifşa edilib
Parisdə PSJ futbol klubunun matçlarına biletlərin saxtalaşdırılması ilə məşğul olan cinayətkar qruplaşma ifşa edilib. Oxu.Az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, fırıldaqçılıq hərəkətləri nəticəsində təxminən iki min azarkeş zərər çəkib, ümumi zərər 40 min avro təşkil edib. Baş şübhəli 22 yaşlı Ainis D.-dir. Gənc oğlan sosial şəbəkədən həm PSJ-nin "Park de Prens" stadionundakı ev oyunlarına, həm də səfər oyunlarına saxta bilet satış sistemi yaratmaq üçün istifadə edib. İki il ərzində onun hesabı 13 mindən çox izləyici cəlb edib. Dindirilmə zamanı Ainis D. təqsirini etiraf edib. Ona fırıldaqçılıq, saxta sənədlərdən istifadə və çirkli pulların yuyulması ittihamı irəli sürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər