İdman

"Turan" Azərbaycan çempionu oldu

19 Apr 2026, 18:34 1 baxış
"Turan" Azərbaycan çempionu oldu

"Turan" qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi olub.


Axar.az xəbər verir ki, Tovuz təmsilçisi qızıl medal uğrunda görüşdə "DH Volley" komandası ilə üz-üzə gəlib.


Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş "Turan"ın 3:1 (15:25, 25:21, 25:19, 25:23) hesablı qələbəsi ilə başa çatıb.


Qeyd edək ki, Azərbaycan Yüksək Liqasının bürünc medalçısı "Gəncə" komandası olub.

Mənbə axar.az

Oxşar Xəbərlər