İdman
Koxalski "Qarabağ"dan ayrılır?
"Qarabağ"ın qapıçısı Mateus Koxalski komandadan ayrılacağı ilə bağlı suala cavab verib. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Misli Premyer Liqasının 28-ci turunda "Sabah"a 0:1 hesablı məğlubiyyətdən sonra bu barədə danışıb. Koxalski bu ehtimalın yarı-yarıya olduğunu bildirib: "Növbəti mövsüm komandada qalma şansım yarı-yarıyadır. Nə olacağını özüm də tam bilmirəm. Hazırda qalacağımı, yoxsa gedəcəyimi dəqiq demək çətindir".
Mənbə
oxu.az