İdman
Lebron Ceyms oğlu ilə birlikdə NBA-da tarix yazdı
NBA-da pley-off mərhələsinin birinci raundunun ilk oyunu başa çatıb. Oxu.Az Sport24.ru-ya istinadən xəbər verir ki, qarşılaşmada "Los-Anceles Leykers" "Hyuston Rokets"i 107:98 hesabı ilə məğlub edib. Qalib komandanın heyətində Lebron Ceyms və Bronni Ceyms meydana çıxıblar. Onlar NBA pley-off tarixində birlikdə oynayan ilk ata və oğul olublar. Lebron Ceyms 19 xal və 13 məhsuldar ötürmə ilə dabl-dabl edib (basketbolçunun bir oyunda beş statistik kateqoriyadan ikisində ikirəqəmli - 10 və ya daha çox göstərici əldə etməsi). Bronni Ceyms isə dörd dəqiqədən az oynayıb və məhsuldar hərəkətlə yadda qalmayıb. "Los-Anceles Leykers" seriyada 1:0 hesabı ilə önə keçib. Növbəti oyun aprelin 22-də keçiriləcək.
Mənbə
oxu.az