Digər

Tramp Xarkı ələ keçirməkdən buna görə imtina edibmiş

19 Apr 2026, 11:17 1 baxış
Tramp Xarkı ələ keçirməkdən buna görə imtina edibmiş

Donald Tramp böyük itkilər riski səbəbilə İranın Xark adasını ələ keçirmək ideyasından imtina edib.


Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.


“ABŞ-a İranın əsas neft ixrac mərkəzi üzərində nəzarəti təmin edəcək bir əməliyyat təklif edilib. Lakin Tramp ağır hərbi itkilərdən qorxaraq əsgərlərin asan hədəfə çevriləcəyini bildirib.


O, həmçinin vurulan Amerika təyyarəsi və itkin düşən pilotlar barədə xəbərə kəskin reaksiya verib və 1979-cu ildə İranda baş vermiş girov böhranını xatırladıb”, - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər