İdman

Messi dubl etdi, komandası qalib gəldi - VİDEO

19 Apr 2026, 10:12 1 baxış
Messi dubl etdi, komandası qalib gəldi - VİDEO
MLS-in müntəzəm çempionatında "Kolorado Repids" - "İnter Mayami" matçı baş tutub. Oxu.Az xəbər verir ki, görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:3.
Qaliblərin heyətində Lionel Messi dubl edib, daha bir qolu Herman Berterame vurub. "Kolorado"da Rafael Navarro və Darren Yapi fərqləniblər. 87-ci dəqiqədə "İnter Mayami"nin yarımmüdafiəçisi Yannik Brayt birbaşa qırmızı vərəqə alıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər