Digər
ABŞ ordusu İran gəmilərini ələ keçirəcək - İddia
ABŞ hərbçiləri beynəlxalq sularda İranla əlaqəli neft tankerlərini və digər gəmiləri saxlamaga hazırlaşırlar.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal”ı material dərc edib.
Mənbələrin məlumatına görə, ABŞ yaxın günlərdə bu addımı atmaqla dəniz blokadasını Yaxın Şərqdən kənara doğru genişləndirməyi planlaşdırır.
Nəşr qeyd edir ki, Vaşinqton bununla da İranla əlaqəli gəmilərə, o cümlədən Fars körfəzindən kənarda İran nefti daşıyan tankerlərə və ölkə üçün silah daşıya biləcək gəmilərə nəzarəti ələ keçirməyə çalışır.
Mənbə
axar.az