Digər

Özgür Özəldən ABŞ səfirinə sərt reaksiya: Arzuolunmaz şəxs...

18 Apr 2026, 21:51 1 baxış
Özgür Özəldən ABŞ səfirinə sərt reaksiya: Arzuolunmaz şəxs...

Tom Barrak Türkiyə demokratiyası baxımından “arzuolunmaz şəxs”dir.


Axar.az xəbər verir ki, bunu Türkiyənin aparıcı müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özəl Ankarada ABŞ səfiri Tom Barrak haqqında danışarkən deyib.


Onun sözlərinə görə, bundan sonra Tom Barrak türk xalqından üzr istəməlidir:


“Əks halda, ABŞ səfiri Türkiyədə bu vəzifəni tutmamalıdır. Mustafa Kamal Atatürk tərəfindən qurulan və monarxiyanı rədd edərək müstəqillik müharibəsindən sonra demokratiya yolunu seçən ölkədə bu cür fikirlər qəbuledilməzdir. Buraya gəlib demokratiyanı tənqid edərək eyni zamanda monarxiyanı tərifləmək tamamilə yolverilməzdir”.

Mənbə axar.az

Oxşar Xəbərlər