Digər

Kiyevdə hücum: 5 nəfər öldü, yaralılar var - Video

18 Apr 2026, 20:39 1 baxış
Kiyevdə hücum: 5 nəfər öldü, yaralılar var - Video

Bu gün Kiyevin Qolosevski rayonunda naməlum şəxs insanlara atəş açıb.


Axar.az xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.


Yayılan görüntülərdə onun avtomat silahdan atəş açdığı görünür.


Hücum edən şəxs daha sonra “Velmart” supermarketində özünə barrikada qurub və girovlar götürüb.


Ukrayna xüsusi təyinatlıları mağazaya hücum edib və silahlı şəxsi məhv edib.


Ukrayna Baş prokuroru Roman Kravçenkonun sözlərinə görə, hücum nəticəsində beş nəfər həlak olub. Dörd nəfər çöldə, bir nəfər isə mağazanın içərisində güllələnib.


Yaralıların sayının 15-dən çox olduğu bildirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər