Digər

İrandan Hörmüz açıqlaması: Sülh olana kimi...

18 Apr 2026, 19:16 1 baxış
İrandan Hörmüz açıqlaması: Sülh olana kimi...

İran hərbi əməliyyatlar tam başa çatana və bölgədə dayanıqlı sülh bərqərar olunana qədər Hörmüz boğazından keçən gəmilərin hərəkətinə nəzarət edəcək.


Axar.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurası məlumat yayıb.


Bildirilib ki, Fars körfəzi regionundakı ABŞ hərbi bazalarına göndərilən avadanlıqların böyük hissəsi məhz Hörmüz boğazı vasitəsilə daşınır və bu, İranın, eləcə də regionun milli təhlükəsizliyi üçün təhdid yaradır.


“İran hərbi əməliyyatlar tam başa çatana və bölgədə dayanıqlı sülh təmin olunana qədər Hörmüz boğazından keçən gəmilərin hərəkətinə nəzarət və monitorinqi həyata keçirməkdə qətiyyətlidir”, - bəyanatda vurğulanıb.


Qeyd edək ki, bu gün İranın Hörmüz boğazını yenidən bağladığı məlumatı yayılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər