Digər

İsrail atəşkəsi pozdu, bu əraziləri vurdu - KİV

18 Apr 2026, 16:09 1 baxış
İsrail atəşkəsi pozdu, bu əraziləri vurdu - KİV

Livanın cənub ərazilərində İsrail tərəfindən atəşkəs rejiminin pozulması halları qeydə alınıb.


Axar.az xəbər verir ki, bu barədə “Əl Mayadin” telekanalı məlumat yayıb.


Bildirilib ki, İsrailin artilleriya qüvvələri Beyt-Yahun və Kounin yaşayış məntəqələrini hədəfə alıb.


Qeyd edək ki, cümə günü Bakı vaxtı ilə saat 01:00-da Livan və İsrail arasında 10 günlük atəşkəs rejimi qüvvəyə minib. Sözügedən razılaşma ABŞ lideri Donald Trampın vasitəçiliyi ilə Livan Prezidenti Cozef Aun və yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu arasında əldə olunmuşdu.

Mənbə axar.az

Oxşar Xəbərlər