Siyasət

Azərbaycan və Rusiyanın qarşılıqlı investisiya qoyuluşunun məbləği açıqlanıb - FOTO

16 Apr 2026, 14:49 1 baxış
Azərbaycan və Rusiyanın qarşılıqlı investisiya qoyuluşunun məbləği açıqlanıb - FOTO
"Bu il aprelin 1-nə qədər Rusiya Azərbaycan iqtisadiyyatına 10.7 milyard ABŞ dolları, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1.2 milyard ABŞ dolları investisiya qoyub". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
"Azərbaycanın kapital qoyuluşlarının əhəmiyyətli hissəsi turizm-rekreasiya sahəsində cəmləşib, müasir sanatoriya-kurort müəssisələrinin yaradılması üzrə bir sıra nəzərəçarpan layihələr həyata keçirilib", - deyə o qeyd edib. Bundan başqa, hökumət rəsmisinin sözlərinə görə, Azərbaycanda Rusiya kapitalı ilə 2 100-dən çox kommersiya strukturu qeydiyyatdan keçib, bunun 1 400-dən çoxu fəaliyyət göstərir: "Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahəsi daxil olmaqla iqtisadiyyatın əsas sektorlarında təmsil olunurlar. Azərbaycanda Rusiya investorlarının səmərəli və rahat işi üçün bütün şərait yaradılıb. Biz Rusiya şirkətlərini azad edilmiş ərazilərdə investisiya layihələrinin həyata keçirilməsinə daha fəal qoşulmağa çağırırıq".
Azərbaycan və Rusiyanın qarşılıqlı investisiya qoyuluşunun məbləği açıqlanıb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər