Siyasət

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi nə vaxt tamamlanacaq?

16 Apr 2026, 14:52 1 baxış
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi nə vaxt tamamlanacaq?
"Zəngəzur dəhlizinin mühüm həlqəsi olan Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
Onun sözlərinə görə, bu dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 110 km, yan yollar nəzərə alınmaqla isə təxminən 140 km təşkil edir: "Hazırda layihənin həyata keçirilmə səviyyəsi təxminən 75%-dir. Əsas tikinti işləri artıq yerinə yetirilib".
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi nə vaxt tamamlanacaq?
Mənbə oxu.az

Oxşar Xəbərlər