Siyasət

İsrail-Livan danışıqları: Sülhə doğru addım, yoxsa... - VİDEO

16 Apr 2026, 01:20 1 baxış
İsrail-Livan danışıqları: Sülhə doğru addım, yoxsa... - VİDEO
İsrail və Livan arasında Vaşinqtonda baş tutan birbaşa danışıqlar 1993-cü ildən bəri ilk belə təmas kimi tarixə düşdü. ABŞ-nin vasitəçiliyi ilə keçirilən görüşlər rəsmi olaraq atəşkəsə nail olmaq və regionda sabitliyi bərpa etmək məqsədi daşıyır. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib. Lakin tərəflərin niyyətləri fərqlidir. İsrail bildirir ki, əsas məqsəd "Hizbullah"ın tam tərksilah edilməsidir. Baş nazir Benyamin Netanyahu bunu uzunmüddətli sülhün əsas şərti adlandırır.
Hətta Təl-Əviv Cənubi Livanda təhlükəsizlik zonalarının yaradılması planını da gündəmə gətirib. Livan isə fərqli mövqedədir. Rəsmi Beyrut üçün prioritet İsrailin hücumlarının dərhal dayandırılması və ölkənin ərazi bütövlüyünün qorunmasıdır. Livan rəhbərliyi bu görüşləri sadəcə ilkin təmas kimi qiymətləndirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər