Siyasət

Trampın Kuba ilə bağlı planları nələrdir? - VİDEO

16 Apr 2026, 01:54 1 baxış
Trampın Kuba ilə bağlı planları nələrdir? - VİDEO
Tramp Yaxın Şərqdən sonra diqqəti Karib hövzəsinə yönəldə biləcəyinə dair açıq siyasi siqnal verir. Son həftələrdə Kubaya münasibətdə ritorikanı sərtləşdirib. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir. Ağ Ev iqtisadi təzyiq xəttini davam etdirir. Vaşinqton açıq şəkildə bildirir ki, Kuba növbəti təzyiq istiqamətlərindən birinə çevrilə bilər.
Bütün proseslər fonunda "Tramp Kubaya niyə üzünü çevirir?" sualı maraq doğurur. Burada üç əsas səbəb görünür. Birincisi, daxili siyasətdir. Kuba-amerikalı seçicilər, xüsusilə, Floridada respublikaçılar üçün mühüm siyasi bazadır. Trampın ritorikası da birbaşa bu auditoriyaya hesablanıb. İkincisi, geosiyasi maraqdır. Kuba ABŞ sahillərindən cəmi 90 mil uzaqdadır və Vaşinqton üçün sadəcə ideoloji rəqib yox, yaxın strateji məkan sayılır. Üçüncüsü isə miqrasiya və sabitlik məsələsidir. Siyasi şərhçi Emre Diner mövzunu belə şərh edib: "Çin son vaxtlarda Kubanın infrastruktur sistemlərindən iqtisadiyyatını ayaqda tutmasına, enerji tədarükündən təhsilə qədər bir çox sahədə Kubaya yardım edir. Əlbəttə, bunun təməl səbəbləri arasında kubalılarla qurmuş olduğu strateji tərəfdaşlıq və ya dərin bir qardaşlıqdan ziyadə, Çinin orada Amerika nüfuzunun önünə keçmək istədiyi üçün həyata keçirdiyi siyasətlər dayanır".
Mənbə oxu.az

Oxşar Xəbərlər