Siyasət
Diplomatik dialoq nəticə verdi: AZAL təyyarəsinin qəzası ilə bağlı ədalətə doğru addım - VİDEO
Bəzən bir hadisə yalnız bir günün xəbəri olmur, uzun müddət gündəmdə qalan, cavabları mərhələ-mərhələ açılan prosesə çevrilir. 2024-cü il dekabrın 25-də yaşanan təyyarə qəzası da məhz belə hadisələrdən biri oldu. Aktau yaxınlığında baş verən faciə yalnız bir aviasiya insidenti kimi deyil, geniş araşdırma və ciddi yanaşma tələb edən məsələ kimi gündəmə gəldi. "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı ilk andan etibarən proses nəzarətə götürüldü və bu məsələ diqqətdən kənarda qalmadı.
Hadisədən sonra başlayan proses təkcə texniki araşdırma ilə məhdudlaşmadı. Bu, eyni zamanda, diplomatik müstəvidə davam edən, həssas və mürəkkəb bir dialoqa çevrildi. 2025-ci ilin oktyabrında Düşənbədə keçirilən görüş isə bu prosesin dönüş nöqtəsi oldu. Millət vəkili Elçin Mirzəbəyli Baku TV-yə bildirib ki, "Azərbaycan Hava Yolları"na məxsus təyyarə Rusiya hava məkanında vurulandan dərhal sonra Azərbaycan öz prinsipial mövqeyini ortaya qoydu və bu mövqe dəyişməz olaraq qaldı: "Düşənbədə Azərbaycan və Rusiya prezidentləri arasında keçirilən görüşdə məsuliyyətin müəyyənləşməsi, kompensasiyanın ödənilməsi kimi məsələlərlə bağlı açıqlamalar verilmişdi. Bu gün əldə olunan nəticə - kompensasiyanın ödənilməsi həm də hüquqi məsuliyyətin müəyyənləşməsi baxımından böyük əhəmiyyətə malikdir. Burada birinci məqam Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması və ədalət prinsiplərinin bərqərar olunmasıdır".

Mənbə
oxu.az