Siyasət

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakıda qərargahı yaradılacaq

15 Apr 2026, 19:18 1 baxış
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakıda qərargahı yaradılacaq
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakıda qərargahı yaradılacaq. Oxu.Az xəbər verir ki, bu barədə qərar Parlament Şəbəkəsinin İstanbulda keçirilən 5-ci Konfransında qəbul olunub. 50-yə yaxın ölkə və beynəlxalq təşkilatdan olan nümayəndə heyətlərindən 130-a yaxın şəxsin iştirak etdiyi konfransda həmçinin İstanbul Bəyannaməsi qəbul olunub. Bundan başqa konfrans iştirakçıları Ərəb Parlamentinə Parlament Şəbəkəsində müşahidəçi statusunun verilməsi haqqında da qərar qəbul ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər