Siyasət

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

15 Apr 2026, 19:58 1 baxış
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
"Qardaş Türkiyədə bu gün və dünən orta məktəblərdə baş vermiş silahlı hücum hadisələri bizi dərindən kədərləndirdi". Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında paylaşım edib. "Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu zorakılıqdan zərər çəkən hər kəslə, qardaş Türkiyə xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk. Yaralananlara tezliklə şəfa diləyir, bu ağır günlərdə qardaş Türkiyə xalqına səbir və güc arzulayırıq", - paylaşımda qeyd olunub.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər