Siyasət

Azərbaycanda uşaq hüquqları ilə bağlı YENİ QANUN təsdiqləndi

15 Apr 2026, 16:33 1 baxış
Azərbaycanda uşaq hüquqları ilə bağlı YENİ QANUN təsdiqləndi
Prezident İlham Əliyev "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Oxu.Az bununla bağlı President.az-a istinadən xəbər verir. Sənəddə uşaq hüquqları 8 fəsil və 63 maddə ilə təsbit olunub. Qanunun tam mətni ilə buradan tanış ola bilərsiniz. Dövlət başçısı "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 371-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman da imzalayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər