Siyasət

Əmirbəyov Brodski ilə təhlükəsizlik məsələlərini müzakirə etdi

14 Apr 2026, 22:55 1 baxış
Əmirbəyov Brodski ilə təhlükəsizlik məsələlərini müzakirə etdi

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Praqada Çexiyanın xarici işlər nazirinin müavini Jiri Brodski ilə görüşüb və Cənubi Qafqazda təhlükəsizlik məsələləri müzakirə olunub.


Axar.az xəbər verir ki, J. Brodski bu barədə X sosial şəbəkə hesabında məlumat bölüşüb.


"Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovu Praqada salamlamaqdan məmnunam", - o bildirib və əlavə edib ki, söhbət zamanı Cənubi Qafqazda təhlükəsizlik müzakirə olunub:


"Həmçinin Çexiya şirkətləri üçün imkanlar, təhsil sektoru və Bakıya birbaşa uçuşlar vasitəsilə turizm sahəsində əməkdaşlığı müzakirə etdik".

Mənbə axar.az

Oxşar Xəbərlər