Siyasət

Bahar Muradova: "AQEM Qadınlar Şurasının yaradılması Azərbaycanın təşəbbüsüdür"

14 Apr 2026, 14:52 1 baxış
Bahar Muradova: "AQEM Qadınlar Şurasının yaradılması Azərbaycanın təşəbbüsüdür"
"Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində Qadınlar Şurasının yaradılması Azərbaycanın təşəbbüsü olub". Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün Bakıda keçirilən AQEM Qadınlar Şurasının ilk iclasına həsr olunmuş mətbuat konfransında bildirib. O bildirib ki, təşkilatın katibliyi və sədrliyi sinxron şəkildə çalışır: "Burada uşaq, qadın hüquqlarının müdafiəsi istiqamətində həm təcrübə mübadiləsi aparacağıq, həm də onların maraqlarını irəli sürəcəyik. İlk iclasda şuranın faəliyyət planının hazırlanmasının müzakirəsi olacaq".
Mənbə oxu.az

Oxşar Xəbərlər