Dünya

Çində BYD-nin zavodunda DƏHŞƏTLİ YANĞIN - VİDEO

14 Apr 2026, 11:36 1 baxış
Çində BYD-nin zavodunda DƏHŞƏTLİ YANĞIN - VİDEO
Çinin Şençjen şəhərinin Pinşan rayonunda yerləşən BYD avtomobil zavodunun qarajında yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə "Sina Finance" məlumat verib.
Yerli rəsmilər və şirkət nümayəndələri hadisənin nəzarət altına alındığını və heç kimin xəsarət almadığını təsdiqləyiblər. Bildirilib ki, həyəcan siqnalı daxil olduqdan dərhal sonra yanğınsöndürmə və xilasetmə bölmələri də daxil olmaqla, rayon və şəhər üzrə təcili reaksiya qrupları hadisə yerinə cəlb edilib. BYD şirkəti zərər çəkmiş tikilinin Pinşandakı müəssisədə sınaq və istismardan çıxarılmış avtomobillərin saxlanması üçün nəzərdə tutulan "üçölçülü dayanacaq" olduğunu bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər