Dünya
Sloveniyanın NATO-dan çıxması ilə bağlı referendum keçirilə bilər
Sloveniyanın Dövlət Məclisinin yeni sədri, "Həqiqət" partiyasının lideri Zoran Stevanoviç ölkənin NATO-dan çıxması ilə bağlı referendum keçirilməsi niyyətində olduğunu bildirib. Oxu.Az xəbər verir ki, bu barədə o, "Sloveniya Radiosu və Televiziyası"na açıqlamasında deyib. "Biz xalqa NATO-dan çıxmaq məsələsi ilə bağlı referendum keçirəcəyimizə söz vermişik və bu referendumu mütləq keçirəcəyik", - deyə siyasətçi qeyd edib. Stevanoviç ölkənin müstəqil və suveren siyasət aparmalı olduğunu bildirib. O, Sloveniyanın bütün ölkələrlə, ilk növbədə böyük dövlətlərlə əməkdaşlıq etmək niyyətində olduğunu bildirib. Bununla belə, bu cür dövlətlərarası qarşılıqlı əlaqə tabeçilik mənasına gəlməməlidir.
Mənbə
oxu.az