Dünya
Argentina prezidenti İsrailin ali mükafatı ilə təltif olunacaq
İsrail Prezidenti Isaak Hersoq argentinalı həmkarı Xavier Mileiyə Prezidentin Şərəf Medalını təqdim etmək qərarına gəlib. Oxu.Az "mignews.com"a istinadən xəbər verir ki, mükafat Argentinanın dövlət başçısının İsrailə planlaşdırılan səfəri zamanı təqdim ediləcək. Bildirilir ki, bu qərar Mileyin İsrailə verdiyi güclü dəstək və beynəlxalq səviyyədə antisemitizmə qarşı fəaliyyəti ilə əlaqədardır. Qeyd olunur ki, sözügedən medal İsrailə və ya bəşəriyyətə mühüm töhfə vermiş şəxslərə təqdim olunur. Açıqlamada həmçinin vurğulanıb ki, Mileyin siyasəti Argentinanı İsrailin əsas tərəfdaşlarından birinə çevirib. Bu, həm diplomatik dəstək, həm də Argentinanın səfirliyinin Qüdsə köçürülməsi kimi addımlarla ifadə olunur.
Mənbə
oxu.az