Dünya

Obama sirri açdı: Kraliça II Yelizaveta "Brexit"ə qarşı imiş

14 Apr 2026, 00:12 1 baxış
Obama sirri açdı: Kraliça II Yelizaveta "Brexit"ə qarşı imiş
ABŞ-nin sabiq prezidenti Barack Obama Böyük Britaniya kraliçası II Yelizavetanın ölkənin Avropa İttifaqından çıxmasına qarşı olduğunu bildirib. Oxu.Az "Kommersant"a istinadən xəbər verir ki, Obama bu barədə jurnalist Susan Pagein "Kraliça və onun prezidentləri: tarixi formalaşdıran gizli əl" kitabı üçün verdiyi müsahibədə danışıb. Onun sözlərinə görə, bu mövzu 2016-cı ilin aprelində Böyük Britaniyaya səfəri zamanı müzakirə olunub. Kraliça belə mühüm məsələnin referendum yolu ilə həll edilməsinin düzgün olmadığını düşünür və həmin qərarı qəbul edən baş nazir David Cameronu tənqid edirdi. Qeyd olunur ki, mövcud qaydalara görə, monarx ictimai və siyasi məsələlərdə şəxsi mövqeyini açıq şəkildə ifadə etməməlidir. Buna baxmayaraq, kraliçanın "Brexit"ə münasibəti uzun müddət müzakirə mövzusu olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər