Dünya
KİV: ABŞ İrana uranın zənginləşdirilməsinə 20 illik qadağa qoymağı təklif edib
Vaşinqton ABŞ-İran danışıqları zamanı Tehrana uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiq etməyi təklif edib. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı amerikalı məmura və müzakirələrlə tanış olan mənbəyə istinadən məlumat yayıb. İran tərəfi cavab olaraq daha qısa moratorium müddəti təklif edib. "Axios" qeyd edir ki, İranın nüvə proqramı ətrafındakı fikir ayrılıqları razılaşmanın əldə olunması üçün əsas maneə olaraq qalır. ABŞ və İran arasında danışıqların, eləcə də razılaşmaya nail olmaq üçün fəaliyyətlərin davam etdiyi bildirilir. Bu barədə "Axios"un müxbiri Barak Ravid amerikalı rəsmiyə istinadən "X" sosial şəbəkəsində paylaşım edib.
Mənbə
oxu.az