Dünya
Trampdan Kuba ilə bağlı kritik AÇIQLAMA: "İran məsələsindən sonra..."
ABŞ Prezidenti Donald Tramp İran ətrafındakı vəziyyət həll olunduqdan sonra Vaşinqtonun diqqətinin Kubaya yönələcəyini istisna etməyib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, Tramp jurnalistlərlə söhbətində belə deyib. "Biz əvvəlcə İran məsələsini həll edəcəyik, sonra isə Kubaya da baxa bilərik", - o bildirib. ABŞ lideri Kubanı "tənəzzül vəziyyətində olan ölkə" adlandıraraq, onun uzun müddətdir zəif idarə olunduğunu iddia edib. O, daha əvvəl də Vaşinqtonun İrana qarşı əməliyyatlardan sonra Kuba ilə bağlı siyasətini yenidən nəzərdən keçirəcəyini demişdi. Bundan başqa, Donald Tramp bir neçə dəfə Kuba hökuməti və iqtisadiyyatının çətin vəziyyətdə olduğunu vurğulayıb. Eyni zamanda, ABŞ tərəfi gələcəkdə bu ölkə ilə bağlı müxtəlif addımların mümkünlüyünü istisna etmir.
Mənbə
oxu.az