Dünya
Roma Papası XIV Leo: "Tramp administrasiyasından qorxmuram"
Roma Papası XIV Leo Tramp administrasiyasından "qorxmadığını" bəyan edib. Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir. Əlcəzairə gedən təyyarənin göyərtəsində jurnalistlərlə söhbətində pontifik ABŞ prezidenti ilə mübahisə etmək istəmədiyini, lakin Yaxın Şərqdəki müharibəyə qarşı çıxışlarını davam etdirəcəyini deyib. Pontifikin bu sözləri ABŞ Prezidenti Donald Trampın Roma Papasının fəaliyyətindən narazılığını bildirdiyi bir sıra çıxışlarına ilk cavabı olub. Tramp öz bəyanatlarında XIV Leonu "zəif" adlandırmışdı.
Mənbə
oxu.az